İspaniya çempionatının 10-cu turunda “Barselona” “Real” (Madrid) üzərində qələbə qazanıb.
APA-nın məlumatına görə, Barselonanın “Kamp Nou” stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona”nın tərkibində braziliyalı Neymar (19-cu dəqiqə) və Aleksis Sançes (78-ci dəqiqə) fərqləniblər. “Real”ın yeganə qolunun müəllifi isə Xese olub (90-cı dəqiqə).
Kataloniyalılar İspaniya çempionatının turnir cədvəlində liderliyi qoruyub saxlaya bilib: 10 matçdan sonra onlar 28 xal toplayıb. “Real” 22 xalla 3-cü yerdə qərarlaşıb.
Qaynar.info
Şərhlər