"Arsenal"da forma geyinən Məsut Özillə bağlı ilginc xəbər yayılıb.
Qaynarinfo xəbər verir ki, İspaniyanın "El Gol Digital" adlı saytı "Barselona"nın türk futbolçunu komandadan ayrılacaq Andres İnyestanın yerinə transfer etməyə hazırlaşdığını iddia edib.
Bildirilir ki, maliyyə çətinlikləri olan "Arsenal" Almaniya millisinin türk əsilli üzvünü satmaqla vəziyyətini düzəltmək istəyir.
Qeyd edək ki, Məsut Özil 2010-cu ildə "Verder"dən 18 milyon avroya "Real"a transfer olunub. "Kral Klubu" onu 2013-cü ildə 47 milyon avroya "Arsenal"a satıb. 29 yaşlı yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 35 oyunda 5 qol vurub və 14 məhsuldar ötürmə edib.
Şərhlər