İdman 16:44 04.08.2019

“Barselona”dan 30 milyonluq transfer

"Barselona” növbəti transferini açıqlayıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Betis”in müdafiəçisi Junior Firponu heyətinə qatıb.

22 yaşlı futbolçu ilə 2024-cü ilin 30 iyununa qədər müqavilə bağlanıb. "Barselona" onun üçün 18 milyon avro nağd, 12 milyon avro isə bonus şəkilində ödəyəcək.