Xəbər lenti

İdman 20:59 17.11.2018

"Barselona"nın 115 milyonluq ulduzu evini zibilxanaya çevirdi

"Barselona"nın gənc ulduzu Osman Dembele məhkəməlik olub.

Qaynarinfo xəbər verir ki, buna səbəb 21 yaşlı futbolçunun yaşadığı evi zibilxanaya çevirməsi olub.

Belə ki, 2017-ci ilin yayında "Borussiya"dan "Barselona"ya transfer olunan hücumçu Dortmundda yaşadığı evi zibil yığını içərisində qoyaraq tərk edib. Bu barədə "Bild"ə evin sahibi Herd Veyssenberq məlumat verib: 

"Hər yerdə sellofan torbalar və zibillər var idi. Evin hər yeri xarab olmuş yeməklər, qida qalıqları, boş butulkalarla dolu idi, dəhşətli iy gəlirdi. Hətta qapıların arxasında hələ də ödənməmiş fakturalar var idi".

71 yaşlı ev sahibi Osman Dembeleyə qarşı 20 min avroluq təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Qeyd edək ki, "Barselona" Osman Dembeleni "Borussiya"dan 115 milyon avroya transfer edib. O, cari mövsümdə 15 rəsmi oyuna çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->