Ölkə 18:46 08.08.2020

Baş nazir nazirliyin kollegiya üzvlərinin sayını təsdiq etdi

"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavinləri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi  Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru.