Dünya 15:30 14.05.2019

Baş nazirə "əjdaha tədqiqatı" üçün rüşvət təklif edildi

Yeni Zellandiyanın baş naziri Cakinda Ardern 11 yaşlı uşağın 3,2 dollar "əjdaha rüşvəti"ni rədd edib.

Qaynarinfo xəbər verir ki, 11 yaşlı Viktoriya adlı qız baş nazirə məktub yazaraq əjdaha tərbiyəçisi olmaq istədiyini bildirib və hökumətdən telekinetik, telepatiya və əjdahalar barədə tədqiqata başlamasını istəyib. Viktoriya bu istəyinin qarşılığında 5 Yeni Zellandiya dolları (3,2 ABŞ dolları) təklif edib. 

Baş nazir azyaşlıya hazırda bu sahədə tədqiqat aparılmadığını deyib və rüşvəti geri qaytarıb.

Gülşən