Siyasət 15:41 30.10.2020

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

"Azərbaycan hərbçilərinə qarşı düşmən tərəfindən törədilən cinayətlərlə bağlı Hərbi Prokurorluqda 4 cinayət işi başlanılıb".

Qaynarinfo xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əldə olunan sübutlara əsasən, Azərbaycandan əsir düşən şəxslərə qarşı çox amansız davranır.