Xəbər lenti

Baş Prokuror: “Ermənistan artıq odla oynayır”
Siyasət17:32 17.10.2020

Baş Prokuror: “Ermənistan artıq odla oynayır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənilərin Gəncədə törətdikləri faciə bəşəriyyət əleyhinə olan cinayətdir”.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərin çox ciddi siyasi, hərbi, hüquqi məsuliyyəti olacaq:
"Ermənistan həm siyasi, həm diplomatik, həm hüquqi, həm də hərbi sahələrdə ciddi zərbələr alacaq. Mən hesab edirəm ki, Ermənistan rəhbərliyi odla oynayır. Onların bu hərəkətlərinə adekvat cavablar olacaq”.