Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, “Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşovun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Elmira Dadaşovanın qətlə yetirilməsi ilə bağlı 3 nəfər saxlanılıb.
Bu barədə AzNews.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, həbs edilən 3 nəfərdən biri cinayəti törətdiyini etiraf edib və bu işi tək həyata keçirdiyini bildirib.
Abşeron rayon Polis İdarəsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, baş verən cinayət hadisəsi ilə bağlı artıq bir nəfər saxlanılıb. Polisdən onu da bildiriblər ki, saxlanılan Əliyaqub adlı şəxs cinayəti pul üstündə törətdiyini bildirib. İlkin ifadəsində deyib ki, ev sahibindən pul istəyib, o imtina etdikdə isə onu qətlə yetirib.
Şərhlər