İdman 12:24 15.01.2022

"Bavariya"nın futbolçusunun ürəyində COVİD-19-a görə problem yaranıb

Almaniya Bundesliqasının nəhəngi "Bavariya"nın futbolçusu Alfonso Deyvis bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qaynarinfo xəbər verir ki, buna səbəb onun COVID-19-a yoluxduqdan sonra yaşadığı ürək problemidir.  COVID-19 səbəbindən bir müddətdir futbol oynaya bilməyən Deyvis koronavirusdan sağalsa da ürəyində problem aşkarlanıb. Virusun təsiri nəticəsində futbolçunun ürək əzələsində iltihab yaranıb.

Bu haqda Münhen təmsilçisinin baş məşqçisi Julian Nagelsmann açıqlama verib. O, problem həll olunana qədər futbolçunun nə oynayacağını, nə də məşq edəcəyini bildirib. Baş məşqçi kanadalı oyunçunun COVID-19-dan sonra standart testlərində miokard aşkarlandığını və bir neçə həftə komandaya qoşulmayacağını vurğulayıb. 

Bu il "Bavariya” ilə 23 rəsmi oyuna çıxan Deyvis 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Səbuhi Həsənov