Siyasət 12:59 16.03.2013

BAXCP rəsmi mövqeyini açıqladı

Söhrab Abdullayev: “Maşallah Abdullayevlə yanaşı, BAXCP Goranboy təşkilatının digər üzvlərinin də partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlar doğru deyil”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Baş katibi Söhrab Abdullayev Qaynar.info-ya açıqlamasında BAXCP Goranboy rayon təşkilatının sədri Maşallah Abdullayevin və rayon təşkilatının digər üzvlərinin partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Söhrab Abdullayev bildirib ki, Maşallah Abdullayevin partiyadan getməsi və "El" hərəkatına qoşulması ilə bağlı məsələ BAXCP İdarə Heyətinin martın 18-də keçiriləcək növbəti iclasında rəsmiləşdiriləcək: "Maşallah Abdullayevlə yanaşı BAXCP Goranboy təşkilatının digər üzvlərinin də partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlar doğru deyil. Maşallah Abdullayevə isə uğurlar arzılayırıq".

Qaynar.info