Co Bayden Dövlət katibi vəzifəsinə namizədinin kim olacağına qərar verib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Hill” nəşri məlumat verib. Çox güman ki, gələn həftə Bayden Toni Blinkenin bu vəzifəni alacağını elan edəcək. Blinken ən azı bu vəzifəyə favorit hesab edilir.
Bayden hesab edir ki, seçkilərin qazanılması məsələsi artıq həll edilib. O, inauqurasiyaya hazırlaşır və öz komandasını yığır. Ancaq Trampın hələ də təslim olmaq fikrində deyil.
O, səs saxtalaşdırılmasında israr edərək məhkəmələri iddialarla doldurur.
Alpər
Şərhlər