Bayden gəldi, Rusiyaya hücum başladı: Avroparlament sənəd qəbul etdi (VİDEO)

Bayden gəldi, Rusiyaya hücum başladı: Avroparlament sənəd qəbul etdi (VİDEO)

Avropa Parlamenti dünən Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini, habelə Rusiya ordusunun Ukrayna və Gürcüstanın bir hissəsinin işğalını pisləyən sənədlər qəbul edib.

Qaynarinfo xəbər verir ki, 2020-ci ildə Aİ-nin ortaq təhlükəsizlik və müdafiə siyasətinə dair qətnaməyə 387 millət vəkili səs verib, 180-i əleyhinə olub, 119-u bitərəf qalıb.

Sənəddə deyilir ki, Avropa Parlamenti Ukrayna və Gürcüstanın böyük hissələrinin beynəlxalq hüquqa zidd olaraq Rusiya Federasiyası tərəfindən işğal edilməsindən narahatdır. Avropa Parlamenti üzvləri Rusiyada sülhməramlı qüvvələrin Moldovada olması və Rusiyanın bölgədəki sülhü və təhlükəsizliyi pozmağa davam etməsindən də narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Avropa Birliyi Rusiya hərbi kontingentinin qismən tanınmış Cənubi Osetiya və Abxaziyada yerləşdirilməsi Gürcüstanın işğalı hesab edilir. 2014-cü ildə Rusiya Federasiyasının ilhaq etdiyi Krım AB-də "müvəqqəti işğal altında olan Ukrayna ərazisi" sayılır.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR