Xəbər lenti

Bayden: “İşim var, Trampın impiçment dinləmələrini izləməyəcəyəm”
Dünya 10:27 10.02.2021

Bayden: “İşim var, Trampın impiçment dinləmələrini izləməyəcəyəm”

ABŞ prezidenti Co Bayden eks-prezident Donald Trampla bağlı Senatın impiçment dinləmələrini izləmək niyyətində deyil.

Qaynarinfo xəbər verir ki, bir jurnalistin bu barədə sualını cavablandıran Bayden "İzləməyəcəyəm, işim var", - deyib.

Bayden senatorların bu məsələni həll edə biləcəyinə inandığını söyləyib və koronavirus pandemiyası səbəbiylə "daha çox insan həyatını itirməməsi üçün" qətiyyətlə və sürətli bir şəkildə hərəkət etməli olduğunu vurğulayıb.

Xatırladaq ki, çərşənbə axşamı ABŞ Senatında ölkənin keçmiş lideri Donald Trampın impiçmenti ilə bağlı dinləmələr başlayıb. Prosesin ilk mərhələsi prezidentin vəzifəsindən getdiyi bir vəziyyətdə impiçmentin konstitusiyaya uyğunluğu barədə mübahisələr olub. 
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->