Xəbər lenti

Mbappe 200 milyon avroluq təklifdən imtina edib
İdman 12:17 12.05.2024

Mbappe 200 milyon avroluq təklifdən imtina edib

Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasını "Real Madrid"də davam etdirmək üçün Səudiyyə Ərəbistanından gələn ciddi təklifdən imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano yazıb.

Onun sözlərinə görə, 25 yaşlı Mbappe Səudiyyə Ərəbistanı klublarından biri ilə mövsümlük 200 milyon avro dəyərində uzunmüddətli müqavilə imzalamaq imkanı əldə edib. 

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, yetirməsi olduğu "Monakon"un formasını geyinib. Mətbuatın yazdığına görə, artıq Mbappe "Real Madrid"lə müqavilə imzalayıb. Onun PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->