"Demokrat”lardan prezidentliyə namizəd Co Bayden rəqibi, hazırkı Amerika lideri Donald Trampı andiçmə mərasiminə qatılmağa dəvət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, CNN-ə verdiyi müsahibəsində deyib.
Siyasətçi Trampın mərasimdə iştirakının onunçün fərqi olmadığını bildirib. Onun sözlərinə görə, bu, bütün hallarda xaosun sona çatdığını nümayiş etdirən və "rəqib tərəflər əl-ələ verib irəlilədikdə hakimiyyətin dinc yolla ötürülməsinə" şahidlik edən simvolik bir məna daşayırdı.
ABŞ-ın gələcək prezidentinin andiçmə mərasimi 2021-ci il yanvarın 20-nə təsadüf edir.
Şərhlər