Ümumdünya Səhiyyə Təşkilatı Ramazan bayramı, bayram tətili ilə bağlı tövsiyələr açıqlayıb.
e-tibb.az xəbər verir ki, ÜST-ün sosial şəbəkədə yaydığı infoqrafiyada bunlar qeyd olunub:
Bu bayram bir qədər fərqli qeyd olunur. Bu səbəbdən özünüzü yorğun, məyus, kədərli hiss edə bilərsiniz. Özünüzün və sevdiklərinizin sağlamlığını qoruduğunuz üçün sizlərə təşəkkür edirik. Biz pandepiyaya birlikdə qalib gələcəyik.
Sağlam qalmaq üçün tövsiyələr dəyişməz qalır:
Əllərinizi yuyun, məsafə saxlayn, öskürəndə və asqıranda ağzınızı dirkək büyüküşünüzlə və ya tək istifadəlik salfetlə bağlayın.
Özünüzü yaxşı hiss etmədikdə-quru öskürdükdə, yüksək hərarət, tənəffüs çatışmazlığı olduqda - mümkün qədər evdə qalın, çölə çıxanda isə maskadan istifadə edin.
Bayramı birlikdə yaşadığınız insanlarla qeyd etmək ən təhlükəsiz seçimdir. Əgər ictimai yerlərə getməli olsanız o zaman yerli qurumların tövsiyələrinə əməl edin və digərləri ilə aranızda ən azı bir metr məsafə saxlayın. Çölə çıxmazdan əvvəl və sonra əllərinizi yuyun.
Səyahət etmək əvəzinə yaxınlarınız və dostlarınızla videozənglə əlaqə saxlayın. Həmçinin onlayn şəkildə digər fəaliyyətlələ məğıul ola bilərsiniz. Məsələn, virtual şəkildə muzey turlarına qoşula, parklara, əyləncə mərkəzlərinə onlayn səyahətlər edə bilərsiniz.
ƏTRAFLI
Snickers 2
Bayramda sağlam qidalanın. Qidalanərkən kifayət qədər meyvə-tərəvəz qəbul edin. Sağlamlığınıza zərər yetirməyəcək qədər duz və yağ istifadə edin. Bayramı kənar insanlarla keçirirsinizsə ən azı bir metr məsafə saxlayın.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) də bayramla bağlı müraciət edib.
Bu bayram digərlərindən fərqli olacaq. Koronavirus pandemiyası dövründə bayramda sağlamlığımızı qorumaq üçün:
Yaxınlarımızla evlərinə gedərək yox, telefon və ya onlayn bayramlaşmalı;
Əl ilə görüşüb-öpüşməməli;
Qohum-qonşuya yemək payı göndərməməli;
Küçədə qonşular və ya yaxınlarla rastlaşanda fiziki məsafəni qoruyaraq bayramlaşmalı;
Daha çox vaxtımızı evdə keçirməli, məcbur olmadıqca küçəyə çıxmamalıyıq.
Daha Sağlam Ramazanlara!
Şərhlər