Bazarlarda yay bolluğu var, qiymətlər isə enmir (VİDEO)
Yayın bol məhsulları bazar piştaxtalarını bəzəyir. Rəngarəng meyvə-tərəvəz çeşidləri alıcıların diqqətini cəlb edir. Qiymətlər isə hələ də yüksək olaraq qalır.
Satıcılar məhsulları baha aldıqlarını deyərək qiymət artımının qaçılmaz olduğunu bildirirlər.
Bu isə birbaşa satışa təsir edir. Satıcıların fikrincə, məhsulları baha satmaq onların seçimi deyil. Onların sözlərinə görə, məhsulların topdansatış qiyməti, daşınma və digər xərclər artdığı üçün qiymətləri aşağı salmaq mümkün olmur.
Alıcıların isə qiymətlərlə bağlı fikirləri birmənalı deyil.
Bazarda qiymətlərlə bağlı fərqli fikirlər səslənsə də, həm satıcılar, həm də alıcılar yaxın günlərdə müəyyən sabitliyin yaranacağına ümid edirlər.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər