BBC: İran hökuməti koronavirus ölümlərini 3 qat aşağı göstərir

BBC: İran hökuməti koronavirus ölümlərini 3 qat aşağı göstərir

İranda koronavirus pandemiyası səbəbindən ölənlərin sayının rəsmi rəqəmlərdən 3 qat artıq olduğu ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC Farsca araşdırma aparıb. Araşdırmada qeyd olunub ki, hökumətin öz əlində olan məlumatda 20 iyula qədər ölənlərin sayı 42 minə yaxındır, lakin İran Səhiyyə Nazirliyi koronavirusdan 14 min 405 nəfərin öldüyünü açıqlayır.

Eyni zamanda yoluxanların sayı 541 mindən çox olsa da, 278 min olduğu göstərilir.

Qeyd edək ki, İran Çindən sonra koronavirusa yoluxma sayına görə ikinci yerdə idi. Həmçinin ölkədə koronavirusdan ilk ölüm faktı 22 yanvarda qeydə alınsa da, rəsmi açıqlamada bundan 1 ay sonra qeydə alındığı bildirilib.

Sözügedən məlumatlar və koronavirusdan ölənlərin siyahısı BBC-yə adı açıqlanmayan bir mənbə tərəfindən verilib.

Rəqəmlərin nə üçün manipulyasiya edilməsinə gəlincə isə nəşr pandemiyanın 1979 İran İslam İnqilabının ildönümü və parlament seçkiləri ərəfəsinə təsadüf etdiyini yazıb. Mütəxəssislərin fikrincə bunlar İran hökumətinin xalq dəstəyini göstərə biləcəyi önəmli fürsətlərdi və idarəçilik virusun bunu riskə atmasını istəmədi. Ölkənin ali dini lideri bəzi şəxslərin pandemiyadan istifadə edərək seçkiləri baltalamağa çalışdığını önə sürüb.

Həmçinin Səhiyyə Nazirliyində vəzifədə olan keçmiş millət vəkili Nouroldin Pirmoazzen BBC-yə açıqlamasında hökumətin belə bir vəziyyətdə koronavirus epidemiyasında həqiqətin ortaya çıxmasından qorxduğunu söyləyib. Onun sözlərinə görə, hökumət işsizlərin və yoxsulların küçələrə çıxmasından ehtiyat edirdi və Sərhədsiz Həkimlər Təşkilatından olan həkimlərin İsfahanda vəzifələrini icra etmələrinə icazə verilməyib.

Camal

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR