Əməkdar artist Bəhram Bağırzadənin ailəsinə ağır itki üz verib.
Qaynarinfo xəbər verir ki, sənətçinin anası Tahirə Bağırzadə bu gün koronavirusdan dünyasını dəyişib.
Xatırladaq ki, aktyor bir neçə gün öncə öz "Instagram" hesabında anasının komada olduğunu bildirərək valideyninə təcili qan lazım olduğunu demiş, kömək etmələri üçün yaxınlarına çağırış etmişdi.
Şərhlər