İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin oğlu Romeo ilk peşəkar matçına çıxıb.
Qaynarinfo xəbər verir ki, atası kimi peşəkar futboçu olmağı seçən və yarımmüdafiənin sağ cinahında yer alan 19 yaşlı futbolçu ABŞ-ın üçüncü liqa təmsiçisi "Fort Lauderdale"də ilk dəfə forma geyinib. Bekhemin sahibi olduğu "İnter Mayami"nin farm-klubu olan "Fort Lauderdale" ilə "South Georgia Tormenta" arasında baş tutan qarşılşama 2:2 hesabı ilə bitib. İlk "11-lik"də yer alan Bekhem 79-cu dəqiqədə əvəzlənib.
Gənc futbolçu ilk matçı haqda sosial şəbəkədəki səhifəsində də paylaşım edib: "İlk peşəkar matçıma çıxdığım üçün çox xoşbəxtəm. İkinci oyuna indidən köklənmişəm"
Səbuhi Həsənov
Şərhlər