Dizayner Viktoriya Bekhem və futbolçu Devid Bekhem böyük oğlu Bruklinin onları həddindən artıq nəzarətdə ittiham etməsi və model Nikola Pelts-Bekhemlə münasibətlərini dağıtmağa çalışdıqlarını iddia etməsi səbəbindən qəzəblidirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun” nəşri məlumat yayıb.
Ulduzların ətrafından olan mənbə bildirib ki, Bekhemlər Bruklin model ilə münasibətdə olduğu müddətdə ona heç bir diqqət göstərməyəcəklər. Mənbənin sözlərinə görə, valideynlər oğulları barışmağa cəhd ediblər, lakin bu mümkün olmayıb.
"Baş verən hər şeyə baxmayaraq, Devid və Viktoriya hələ də oğullarını sevirlər. O, həmişə onların övladı olaraq qalacaq və evlərində onun üçün hər zaman yer var. Lakin onlar münasibətləri bərpa etmək üçün əllərindən gələni ediblər və heç nə alınmayıb. İndi isə görünür ki, o, Nikola ilə birlikdə olduğu müddətdə geri dönüş yolu yoxdur”, deyə tabloidin mənbəsi qeyd edib.
Mənbə əlavə edib ki, Viktoriya və Devid Bekhemin valideynləri də nəvələrinin davranışından dərin məyusluq keçirirlər.
"Onun nənə və babaları çox üzülüblər. Onlar özlərini aciz hiss edir və nə edəcəklərini bilmirlər. Bruklini sevirlər, amma eyni zamanda öz övladlarını da çox sevir və onların üzündəki ağrını görürlər”, deyə mənbə bildirib.
Yanvarın 20-də Bruklin Bekhem "Instagram”da bir sıra "Stories” paylaşıb və valideynlərini həddindən artıq nəzarətdə ittiham edib. Dizayner və futbolçunun oğlu bildirib ki, valideynləri qəsdən jurnalistlərə müraciət edərək xoşbəxt ailə obrazının yaradılmasına çalışıblar. O, həmçinin qohumlarını sevdiyi Nikola Pelts-Bekhemlə münasibətlərini hər vəchlə pozmağa cəhd etməkdə günahlandırıb.
Bundan sonra dünya ulduzları "Instagram”da Bruklin Bekhemin bu etirafları ilə bağlı fikirlərini bölüşdükləri paylaşımlar dərc etməyə başlayıblar.
Aydın
Şərhlər