Xəbər lenti

Belarus COVİD peyvəndi yaratdı, bəs Azərbaycan?.. (ŞƏRH)
phrase_var_qaynar. 18:26 07.05.2021

Belarus COVİD peyvəndi yaratdı, bəs Azərbaycan?.. (ŞƏRH)

"Azərbaycanda vaksin hazırlamaq üçün imkan yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, vaksin hazırlamaq üçün tələb olunan bir xeyli şərtlər var:
 
 

"Vaksinlərin hazırlanması ilə bağlı keçmiş SSRİ-yə daxil olan ölkələrin bəzilərində müəyyən zavodlar, texnoloqlar, mikrobioloqlar, bazalar və s. var. Belarusda da "Belmedpreparat” adlı istehsalat birliyi olub. 80 illik təcrübəyə malik bu müəssisə hələ də fəaliyyətdədir. Belarusda dərman istehsalı ilə bağlı xeyli işlər görülüb. Amma bu ölkələrin istehsal etdikləri vaksinlərin hər birinin Dünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunub-olunmayacağı sual altındadır”. 
Adil Qeybulla bildirib ki, pandemiya ilə mübarizə hələ davam edir:

"Hansısa ölkə vaksin hazırlamaq istəyirsə, hazırlasın. Azərbaycanda isə bu sahədə problemlər var”.

Bahar Rüstəmli

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->