Xəbər lenti

Dünya 13:16 14.08.2020

Belarus: Rejimə qarşı kütləvi etirazlar yenidən başladı

Belarusda etiraz aksiyaları yenidən başlayıb.
 
Qaynarinfo xəbər verir ki, ölkənin hər yerindən insanlar təhlükəsizlik qüvvələrinin zorakılıqlarına qarşı çıxmağa davam edir. Xüsusilə Minskdə, "Belarus” univermağının qarşısındakı, 5 nömrəli xəstəxananın yerləşdiyi ərazidə həkimlər həmrəylik sırasına düzülüb. Onlar "Kişilərimizi döyməyi dayandırın", "Həkimlər zorakılığa qarşı" kimi plakatlar qaldırıbar.

Bundan əlavə, paytaxtdakı bir sıra müəssisələr tətil edir. Xüsusilə, Kozlov adına Minsk Elektrotexnika Zavodunun fəhlələri prezident seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edən aksiya keçiriblər.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->