Video 22:40 22.04.2019

Bərdədəki bu evin divarlarında ilanlar yaşayır (VİDEO)

Bərdədə məskunlaşan məcburi köçkünün evindən ilanlar çıxıb. Ev sahibi deyir ki, keçən il bu evdən 121 ilan tapılıb. Bir neçə gün əvvəl isə analoji vəziyyət təkrarlanmağa başlayıb.

İki ilə yaxındır bir evdən ilanlar çıxır. İlk dəfə ötən il baş verən hadisə bu il də təkrarlanır.

Görüntülər Bərdə rayonundandır. Zümürxan kəndində məcburi köçkünlərin məskunlaşdıqları "Kərpic zavod" adlanan ərazidə evlərin birində ilanlar peyda olub. Ev sahibi Rəbiyyə Abdullayevanın sözlərinə görə, son bir neçə gündə evin həyətində bir neçə ilan öldürsələr də, evdə yenə də ilanlar var.

Sürünənlər əsasən azyaşlı uşaqlar üçün təhlükə yaradır. Ev sahibi deyir ki, bu evdə hər il eyni vəziyyət olur. Sadəcə keçən il evdən 120-dən çox ilan çıxıb.

Bərdə Gigiyena və Epidemiologiya Mərkəzindən bildirdilər ki, onlara sürünənlərin hücumu ilə bağlı məlumat daxil olmayıb. Kənddən belə bir müraciət daxil olarsa, mərkəzin əməkdaşları ərazidə lazımi tədbirlər həyata keçirəcəklər. (Xəzər TV)