Foto 18:56 27.10.2020

Bərdəyə raketin düşdüyü yerdən (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla günorta saatlarında Bərdəyə raket zərbələri endirib.

Qaynarinfo-nun məlumatına görə, rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Hadisə yerindən fotoları təqdim edirik: (qafqazinfo)