Ölkə 15:10 19.10.2020

Bergüzar Korel Gəncədən yazdı: "Allahım, bu günahsız insanların səslərini eşit..."

Türkiyəli aktrisa Bergüzar Korel də işğalçı Ermənistanın Gəncədə törətdiyi terrora biganə qalmayıb.

Qaynarinfo xəbər verir ki, sənətçi baş verənləri erməni vəhşiliyi adlandırıb:

"Heç mərhəmət etmədən məsum, günahsız insanları, balaca uşaqları öldürmək... Bütün həyatlarını, xatirələrini, xəyallarını, gələcəyini o torpağın altına basdırmaq... Kəlimələrin bitdiyi yerdəyik. Allahım, bu günahsız insanların səslərini eşit... Qəbim Azərbaycanın, Gəncənin, günahsız mülki şəxslərin və uşaqların yanındadır".