İtaliyanın qalmaqallı keçmiş baş naziri, məhkəmə tərəfindən 7 il azadlıqdan məhrum edilmiş Silvio Berluskoninin növbəti videosu yayılıb.
Qaynar.info-nun məlumatına görə, yayılan video 2009-cu ilə, Berluskoninin İtaliya baş naziri olduğu vaxta təsadüf edir.
Görüntülərdə Almaniya kansleri AngelaMerkelin Berluskonini qarşılamağa çıxdığı, lakin italyan baş nazirin maşından düşərək telefonla danışa-danışa Merkelə əhəmiyyət verməyərək uzaqlaşdığı görünür. Ətrafdakılar, hətta Merkel belə Berluskoninin bu hərəkətini sadəcə olaraq gülərək seyr edirlər.
Qaynar.info
Şərhlər