Sağlamlıq 19:08 21.01.2022

Beş yaşdan yuxarı uşaqlar üçün "Pfizer" peyvəndi təsdiqləndi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Mütəxəssislər Qrupu 5-11 yaşlı uşaqlar üçün "Pfizer/BioNTech” peyvəndinin istifadəsini təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, qurumdan verilən açıqlamaya görə, ÜST-ün məsləhət qrupu "Pfizer/BioNTech” peyvəndinin 5-11 yaşlı uşaqlara tətbiqinin genişləndirilməsini tövsiyə edib. Uşaqlar üçün 10 mikroqram azaldılmış doza tövsiyə olunur ki, bu da 12 yaşdan yuxarı insanları peyvənd etmək üçün istifadə olunan dozadan üç dəfə azdır.

Eyni zamanda, ÜST-ün məsləhət qrupu yaşlılar və ya tibb işçiləri kimi risk altında olan şəxslər üçün ilkin peyvənddən 4-6 ay sonra koronavirusa qarşı buster dozanın vurulmasını tövsiyə edib.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?