Dünya 15:57 01.11.2019

Bəşər Əsəd Ərdoğanla görüşə “yox” demədi: “Onunla görüşmək...”

Suriyada Rusiyanın dəstəyi ilə hakimiyyətini qoruyan Bəşər Əsəd dövlət televiziyasında gündəmlə bağlı açıqlamalar verib.

Qaynarinfo xəbər verir ki, Əsəd Ərdoğanla görüşmək mövzusunda suala "Milli maraqlara gəlincə şəxsi hislərimizi bir kənara atmalıyıq. Əgər onunla görüşmək bir nəticə verəcəksə, millətlərimizin xeyri üçün hər bir addımı atmağın lazım olduğunu deyə bilərəm”, - cavabını verib. 

Əsəd Bağdadi ilə bağlı sualı da cavablandırıb və onun öldürüldüyünə inanmadığını deyib:

"Bağdadinin məhv edilməsi ilə bağlı ABŞ qurumlarıyla heç bir təmasımız olmayıb. Daha əhəmiyyətlisi isə bu əməliyyatın həqiqətən keçirilib-keçirilmədiyini də bilmirik”.

Əsəd ABŞ-ın hələ ki, İŞİD liderini öldürdüyünə dair heç bir dəlil təqdim etmədiyini, Suriyanın bu əməliyyatda ABŞ-a yardım etdiyini isə xəbərlərdən öyrəndiklərini bildirib. 

Suriya başçısı terror ideologiyası mövcud olduğu müddətdə Bağdadi və başqa o tip ledirlərin ölümünün heç bir şeyi dəyişdirməyəcəyini vurğulayıb.

Alpər