Türkiyə mətbuatı Nihatı Azərbaycanın Lionel Messisi adlandırıb.
Türkiyənin "Beşiktaş” klubu "Sumqayıt”ın 12 yaşadək futbolçulardan ibarət komandasının üzvü Nihat Əhmədzadəni heyətinə qatıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə 12 yaşlı futbolçunun bundan sonra "Beşiktaş”ın futbol akademiyasında oynayacağı bildirilib.
Türkiyə mətbuatı Nihatı Azərbaycanın Lionel Messisi adlandırıb. Nihat "Mançester Yunayted Futbol Məktəbi”nə seçimlərində də iştirak etmişdi.(qafqazinfo.az)
Şərhlər