"Beşiktaş" 2013-cü ildə Moskva "Spartak"ından aldığı erməni futbolçu Aras Özbilizlə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, İstanbul klubu Ermənistan millisinin üzvü ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Bunun qarşılığından erməni futbolçuya 2 milyon 250 min avro ödəniləcək..
Qeyd edək ki, "Beşiktaş" Arası "Spartak"dan 1,3 milyon avroya almışdı. O, İstanbul klubunda cəmi 6 oyun keçirib və İspaniyanın "Rayo Vallekano", Moldovanın "Şerif", Hollandiyanın "Villem II" klublarına icarəyə verilib. Peşəkar karyerasına "Ayaks"da başlayan 29 yaşlı hücumçu Rusiyada "Kuban"ın da formasını geyinib. O, Ermənistan millisində keçirdiyi 39 oyunda 6 qol vurub.
Şərhlər