İdman 10:58 27.01.2022

"Beşiktaş"ın sabiq rəsmisi güllələndi

"Beşiktaş”ın sabiq rəsmisi vəkil Şafak Mahmutyazıcıoğlu gecə saatlarında Bakırköydə balıqçı restoranında naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Qaynarinfo xəbər verir ki, hadisə gecə saat 00.30 radələrində Bakırköy, Yeşilköy Məhəlləsində baş verib. İddiaya görə, naməlum şəxslər Cümbüş küçəsində yerləşən balıq restoranında olan Mahmutyazıcıoğluna hücum edib. Hücumdan sonra sabiq klub rəsmisi və onun sürücüsü ağır yaralanıb. Xəstəxanaya aparılan Mahmutyazıcıoğlu bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

"Beşiktaş" onun vəfatı ilə bağlı açıqlama yayaraq başsağlığı verib.

Səbuhi Həsənov