Beyrutda dəhşətli partlayış toyu belə dağıtdı (VİDEO)

Beyrutda dəhşətli partlayış toyu belə dağıtdı (VİDEO)

4 avqust ərəfəsində güclü partlayışın baş verdiyi Beyrutdan yeni şok görüntülər internet şəbəkəsində paylaşılıb.
 
Qaynarinfo xəbər verir ki, həmin anlarda şəhər küçələrindən birində toy çəkilişləri aparılırdı.

Limanda partlayış baş verəndə çəkilişə yenicə başlamışdılar. Kamera gəlinin qaçmağa məcbur olduğu anı yaxalaya bilib. Sonra operator özü də qaçmalı olub.
Video virus sürətiylə yayılıb. Videoda gəlin və bəyin hadisə yerini necə tərk etdiyi əks olunub.

Xatırladaq ki, ilkin məlumatlara görə, partlayış Livan paytaxtında bir pirotexniki anbarda baş verib. Verilən məlumatlara görə, partlayış bir müddət əvvəl müsadirə olunan nitrat anbarında baş vermiş ola bilər. Eyni zamanda Hizbullah partladılmış obyektin hərbi anbar olmadığını bildirib. İsrailin də iştirakı rədd edilib.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR