Sənət 15:42 10.03.2015

Böhran “Baku Mall”u da “vurdu”

Böhran bakının ən iri ticarət mərkəzlərindən olan “Baku Mall”a da təsirsiz ötüşməyib.

Əldə etdiyimiz məlumata görə, manatın devalvasiyasından sonra “Baku Mall”da fəaliyyət göstərən dükanlardan bir neçəsi fəaliyyətini dayandırıb. Məlumatda deyilir ki, dükanların bağlanması böhranla izah edilir.

Qeyd edək ki, bundan əvvəl “Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən dükanların bağlandığı barədə məlumat yayılmışdı. 

Bundan başqa manatın devalvasiyasından sonra Bakı və digər iri şəhərlərdə fəaliyyət göstərən bəzi müəssisələr və ticarət obyektləri ixtisarlara getməyə məcbur olub. Bəziləri isə fəaliyyətini dayandırıb. Göründüyü kimi hökumət manatın devalvasiyasının heç bir mənfi təsirinin olmadığını iddia etsə də, faktlar bunun əksini göstərir. //azadliq.info

Qaynar.info