Bakı Dövlət Universitetində (BDU) baş verən bıçaqlanma hadisəsinin səbəbi məlum deyil. Bu barədə Qaynarinfo-ya BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib. O əlavə edib ki, hazırda bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Məlumat üçün deyək ki, BDU-nun əsas korpusunda sözügedən universitetin rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb. Hadisəni törədən isə BDU-nun təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev olub.
Günel Orucəliyeva bildirib ki, Mirzə Mirzəyevlə Şahlar Bəgalıyevin vəziyyəti yaxşıdır. "Hər şey qaydasındadır, müalicələrini davam etdirirlər”, - deyə o əlavə edib.
Seyid
Şərhlər