Biləsuvarda qəribə olay: Şəhid məzarından bayraq oğurlandı (FOTO)

Biləsuvarda qəribə olay: Şəhid məzarından bayraq oğurlandı (FOTO)

Biləsuvar rayonunda qəribə oğurluq hadisəsi baş verib.

Bu haqda Qaynarinfo-ya Qarabağ veteranı Berkut ləqəbli Asif Həşimov bildirib.

Onun sözlərinə görə, Qarabağ şəhidi Mahir Nizami oğlu Məmmədovun qəbrinin üstündəki bayraq dirəyindən asılmış və məzarın sinədaşının üstünə örtülmüş üç rəngli bayrağımız oğurlanıb. 

Olay Qarabağ veteranlarının qəzəbinə səbəb olub. 

Qeyd edək ki, şəhid Mahir Məmmədov 1977-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində şəhid olub. Yanvarın 26-da Bəydili kənd qəbiristanlığında dəfn olunub.

Faktla bağlı polisə məlumat verilib.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR