Bill Geytsin “çip”ləri iki məşhur rusun arasında müharibəyə səbəb oldu

Bill Geytsin “çip”ləri iki məşhur rusun arasında müharibəyə səbəb oldu

Rus rejissor Nikita Mixalkov özünün yeni "Besoqon" verilişində "Birinci kanal"ın aparıcısı Vladimir Poznerin ünvanına ədəbsiz ifadələr işlədib. 

Qaynarinfo xəbər verir ki, Pozner Mixalkovun bu cür ifadələrinə nəyin səbəb olması haqda ehtimallarını dilə gətirib.

"Düşünürəm ki, mən öz fikrimi "Exo”ya açıqlamasaydım, Mixalkov və onun "Besoqon”unun diqqət obyekti olmazdım", - Poznerin saytı yazıb. - Çox güman ki, o məndən inciyib, hətta mənə hiddətlənib. Onun mənim ünvanıma işlətdiyi kifayət qədər ədəbsiz olan ifadələr də bundan xəbər verir”. "Pozner” proqramının aparıcısı onun və Mixalkovun "diametral əks baxışlara” sahib olduqlarını vurğulayıb.

"Exo Moskvı" radiosunun efirində həmkarlarının sualını cavablandıran Pozner Mixalkovun "Besoqon”unu bəyənmədiyini deyib. 

Pozner izah edib ki, əvvəlcə o, Besoqon TV-nin əhalinin "çipləşdirilməsinə” həsr olunmuş qalmaqallı buraxılışına Mixalkova yazmaqla reaksiya verib. Mixalkov ona cavab verib, xüsusən də jurnalist və rejissor arasında senzura ilə bağlı mübahisə yaranıb. Aparıcının sözlərinə görə, Amerika film mükafatı "Oskar" laureatı olan Mixalkov heç vaxt bu səviyyədə senzuryala qarşılaşmayıb. 

"Mən, sizdən fərqli olaraq, sovet dövründə senzuraya uğramışam, bu gün də qeyri-rəsmi olaraq senzura altındayam", - deyən Pozner bu səbəbdən Aleksey Navalnını proqramına dəvət edə bilmədiyindən şikayətlənib. "Mən bu dəfə Sizin senzuraya uğramanızdan məmnunam, çünki əminəm ki, siz buna qədər heç vaxt senzuradan əziyyət çəkməmisiniz: Siz həmişə - istər Sovet, istər Rusiya zamanında olsun, elitaya mənsub olmusunuz, nə Brejnevin dövründə, nə Qorbaçovun zamanında, nə də Yeltsinin vaxtında senzura görməmisiniz. Və mənə elə gəlir ki, sizin kimi bir insanın onunla üzləşməsində fayda var. Razılaşın ki, senzura çox təhqiramiz və iyrənc bir şeydir". 

Buna cavab olaraq, Mixalkov Poznerin onun senzuradan nələr çəkdiyindən qəti xəbəri olmadığını bildirib: 

"Təfərrüatlara girməyəcəyəm. Sadəcə olaraq, bir faktı deyim: "Rodnya” adlı filmimdə "Qoskino” məndən 117 düzəliş tələb etmişdi. Filmin ekrana çıxması üçün onlardan 70-ni yerinə yetirməli oldum".

Pozner sonda Vladimir Solovyov - Vasili Utkin kimi qarşıdurmaya girməmək üçün müzakirələrin bitməsini istədiyini deyib. 

Xatıladaq ki, bir qədər əvvəl Mixalkovun Besoqon TV-nin "Dövlət kimin cibindədir?" verilişi "Rusiya-24" kanalının efirindən çıxarılıb. Mixalkov kanal rəhbərliyini senzurada günahlandırıb. Proqramda xüsusən amerikalı milyarder Bill Geytsin koronavirus üçün vaksin axtardığı, məsələnin təkcə bundan ibarət olmadığı, resursların sürətlə tükənməsinə səbəb olan dünya əhalisini zorla "çipləşdirmək" istədikləri deyilib.

Solovyov və Utkin arasındakı söz atışması isə bir neçə həftə davam edib, televiziya aparıcısı və idman şərhçisi bir-birini təhqir edib. Beləliklə, Solovyov Utkini qisas almaqla hədələyib və bundan sonra ehtiyatlı olmağı məsləhət görüb.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR