Xəbər lenti

Texnologiya 11:34 22.08.2020

Bill Qeytsdən koronavirusla bağlı bədbin proqnoz

Koronavirus pandemiyası əsasən yoxsul ölkələrdə milyonlarla insanı öldürəcək. Onların ölümü səhiyyə sisteminin və iqtisadiyyatın çökməsi səbəbindən baş verəcək. 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Microsoft"un yaradıcısı Bill Geyts "The Economist"ə deyib.

Milyarder epidemiyanın 2021-ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırıb.

Onun sözlərinə görə, tezliklə peyvəndin kütləvi istehsalına başlanacaq. Birincisi, AstraZeneca və Oksford Universitetinin dərmanı olacaq - sınaqları başa çatdırmağa onlar ən yaxındırlar.

O, eyni zamanda COVID-19-la bağlı konspiroloji nəzəriyyələri yalan adlandırıb, ABŞ-ın virusu siyasiləşdirməsini tənqid edib və Çinin "totalitar davranışına görə" koronavirusun öhdəsindən yaxşı gəldiyini qeyd edib.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?