Texnologiyanın və süni intellektin inkişafı gələcəyi şəkilləndirir. Microsoft-un qurucusu və texnologiya dünyasının önəmli simalarından biri olan Bill Qeyts süni intellektin sürətli inkişafını qiymətləndirərək gələcəyə dair proqnozlarını paylaşıb.
Valyuta.az xəbər verir ki, Bill Qeytsin proqnozuna görə süni intellektin sürətli inkişafı səbəbindən gələcəkdə yalnız bu 3 sahə ayaqda qala biləcək.
Qeytsin proqnozları iş dünyasının gələcəyi ilə bağlı mühüm sualları gündəmə gətirib. Qeyts süni intellektin gündəlik həyatımıza təsirinin artdığını vurğulayıb və bir kafedə baristanın yalnız əvvəlki sifarişlərinizi xatırlamaqla qalmayıb, əhvalınıza uyğun yeni təkliflər təqdim etdiyi bir vəziyyəti nümunə göstərir.
O qeyd edib ki, bu süni intellektin həyatımızdakı yerinin yalnız bir əksidir.
Qeyts süni intellektin yalnız enerji, biologiya və süni intellekt sistemləri proqramlaşdırma sahələrində uğurlu olacağını proqnozlaşdırır. Süni intellektin avtomobil, səhiyyə, kənd təsərrüfatı və təhsil kimi bir çox sahələrdə getdikcə daha çox istifadə olunduğunu qeyd edir. Süni intellekt inqilabından yalnız enerji, biologiya və süni intellekt sistemləri proqramlaşdırma sahələri təsirsiz qala bilər.
İŞ SAATLARI QISALACAQ, YARADICILIQ ARTACAQ
Qeyts bu dəyişikliyin iş saatlarını qısaltmaqla yanaşı, daha yaradıcı və mənalı işlərə yönəlməyimizə imkan verəcəyinə inanır. Eyni zamanda, gələcək iş dünyasına uyğunlaşmaq üçün proqramlaşdırma və rəqəmsal savadlılıq bacarıqlarının vacib olduğunu söyləyir. Qeyts deyib ki, süni intellekt sürətlə inkişaf edir, bu bacarıqları öyrənənlər iş imkanlarını daha yaxşı qiymətləndirə biləcək.
Karyerası haqqında da danışan Qeyts, kodlamağı öyrənməyin ona əvvəllər ağlına belə gətirə bilmədiyi imkanlar verdiyini bildirir. Buna görə də o, uşaqları erkən yaşda proqramlaşdırmanı öyrənməyə həvəsləndirir və internet inqilabının bizim iş və ünsiyyət tərzimizi necə dəyişdirdiyini xatırladır.
SÜNİ İNTELLEKT VƏ İNTERNET İNQİLABININ BƏNZƏRLİYİ
Qeyts süni intellekt və internet inqilabları arasındakı oxşarlığı diqqətə çarpan hesab edir. İnternetin iş dünyasını köklü şəkildə dəyişdirdiyi kimi, süni intellektin də iqtisadiyyatın hər sahəsini dəyişdirməsi gözlənildiyini qeyd edir. Bu dəyişikliklərlə ayaqlaşmaq üçün təhsilə və bacarıq inkişafına sərmayə qoyulmasının vacib olduğunu müdafiə edir.
Qeyts süni intellektin yalnız iş dünyasını deyil, təhsili də dəyişdirəcəyini düşünür. O deyib ki, gələcək 5-10 il ərzində süni intellekt dəstəkli proqramlar təhsildə inqilab edəcək. Süni intellekt, tələbələrə fərdi ehtiyaclarına və öyrənmə tərzlərinə uyğunlaşdırılmış məzmun təqdim edərək təhsili daha effektiv və maraqlı hala gətirə bilər.
Ancaq o, süni intellektin yüksəlişinin etik və sosial problemləri də özü ilə gətirdiyini qəbul edir. Maşınlar daha çox məsuliyyət götürdükcə, süni intellektin faydalarının cəmiyyət daxilində necə bərabər şəkildə paylanacağı sualı gündəmə gəlir. Bill Qeyts bu problemlərin həll edilməsinin vacib olduğunu vurğulayır və əks halda, süni intellekti effektiv istifadə edə bilənlər ilə edə bilməyənlər arasında böyük bir uçurum yaranacağını xəbərdarlıq edir.
Dünya İqtisadi Forumu kimi qurumlar, bu cür problemlərə həll tapmaq üçün siyasətlərin inkişaf etdirilməsinin vacib olduğunu vurğulayır. Bill Qeyts texnologiyanın cəmiyyətə müsbət təsir göstərməsi üçün texnoloqlar, siyasətçilər və təhsil işçilərinin əməkdaşlıq etmələrinin vacib olduğunu bildirir.
O inanır ki, süni intellektin insanların gücləndiyi və irəliləyiş əldə etdiyi bir alət olaraq istifadə edildikdə, daha balanslı və ümid dolu bir gələcəyin qapıların açılacaq.
Şərhlər