İsraildə üç qardaş eyni gündə ata olub: Bir neçə saat ərzində onların partnyorları Tel-Əviv yaxınlığındakı Maayaney ha-Yeshua Xəstəxanasında dörd uşaq dünyaya gətitib.
Qayanrinfo xəbər verir ki, yenidoğulmuş körpələr arasında bir əkiz də var.
Klinikanın sözçüsü bu nadir hadisəni təsdiqləyib:
"Heç bir statistika bizi bu xüsusi an üçün hazırlaya bilməzdi. Bu an bizi dayandırdı, gülümsəməyə vadar etdi və burada hər gün baş verən sehrin bir daha bizi təsirləndirməsinə səbəb oldu".
İsraildə böyük ailələr geniş yayıləb: ölkədə orta doğum nisbəti hər qadına 2,9 uşaqdır ki, bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan bütün ölkələr arasında ən yüksək göstəricidir.
Aydın
Şərhlər