Kiçik büdcə ilə tam təmirli mənzil
sahibi olmağı planlaşdırırsınız? "Kristal”ın "Park Yasamal” yaşayış kompleksi şəhərin mərkəzinə
yaxın ərazidə müasir mənzil axtaranlar üçün ideal seçimdir. Kompleksdə hər
zövqə uyğun mənzillər cəmi 15%-dən başlayan ilkin ödənişlə təklif olunur.
Burada həm tikintisi davam edən, həm hazır, həm də tam əşyalı mənzillər
mövcuddur.
Tikintisi davam edən mənzillər münasib ilkin ödənişlə
satışdadır:
— 51,22 kv.m, 2 otaq studiya mənzil – 20 207 manat;
— 57,23 kv.m, 2 otaq mənzil – 22 578 manat;
— 64,55 kv.m, 2 otaq mənzil – 24 981 manat ilkin ödənişlə!
Kompleksdə, həmçinin 37,86 m²-dən
120,47 m²-dək 2, 3, 4 otaqlı və studiya mənzillər mövcuddur.
"Park Yasamal” 3 saylı Bakı "ASAN xidmət” mərkəzi
və "Bayraq" parkının yaxınlığında yerləşir. Kompleksdən şəhərin
müxtəlif istiqamətlərinə qısa zamanda və rahat şəkildə hərəkət etmək mümkündür.
Kaktus restoranından Yasamal gölü istiqamətində çəkilən yeni yol isə layihəyə
giriş-çıxışı daha da rahatlaşdıracaq.
Mənzillərin divarları yüksək
keyfiyyətli materiallarla izolyasiya olunur. Divarlarda istifadə edilən 100 mm
daşyunu səsi udur və istiliyi qoruyur. Qonşu mənzillər arasında ümumilikdə 200
mm qalınlıq yaradılır ki, bu da səs izolyasiyasını daha da gücləndirir. Bundan
əlavə, zərbəyə davamlı alçipan materialı mənzillərdə səssiz və komfortlu mühit
yaradır.
Layihə böyük bir yaşayış
kompleksinin davamı kimi inşa edilir və Yasamal gölünə açılan mənzərəsi ilə
sakinlərə həm şəhərin rahatlığını, həm də təbiətin sakitliyini birlikdə təqdim
edir.
Kompleks geniş infrastruktura
malikdir: yaşıl və geniş həyət, ticarət obyektləri, istirahət zonaları, uşaq
oyun meydançaları, klinika, məktəb, bağça və fitnes mərkəzi nəzərdə tutulub.
Sakinlər üçün geniş və qapalı avtodayanacaq da təmin olunur ki, bu da sakinlər
üçün parkinq problemini aradan qaldırır.
Bu layihədə mənzillərin
planlanlanmasına xüsusi diqqət yetirilir. Sahələr optimal şəkildə bölünür,
faydasız sahələr minimuma endirilir. Hər kvadrat metr rahat və funksional
yaşayış sahəsinə çevrilir.
"Park Yasamal”da mənzillər həm 36 ayadək daxili
kredit, həm də 20 illik ipoteka ilə əldə edilə bilər. Bu da layihəni daha geniş
alıcı kütləsi üçün uyğun edir.
Əlverişli ilkin ödənişlə, rahat
şərtlərlə və mərkəzə yaxın müasir mənzil sahibi olmaq istəyirsinizsə, şirkətlə
əlaqə saxlayın və ya satış ofisinə yaxınlaşın. "Park Yasamal” sizin üçün ideal seçim ola bilər,
siz sadəcə qərar verin, qalanını "Kristal” həll edəcək.
Ünvan:Bakı şəhəri, Yasamal rayonu,
Müstəqillik küçəsi (3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin arxası)
kristal.az
Şərhlər