Xəbər lenti

Binadan yeniyetmənin üstünə daş parçası düşməsi ilə bağlı rəsmi açıqlama (VİDEO)
Video 15:00 04.05.2021

Binadan yeniyetmənin üstünə daş parçası düşməsi ilə bağlı rəsmi açıqlama (VİDEO)

Bakıda yeniyetmə uşağın üstünə daş parçasının düşməsi ilə bağlı araşdırma aparılır.

Səbail rayon prokurorluğundan Qaynarinfo-ya verilən məlumata görə, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasını düşüb.

Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə "kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi  müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->