Dünya 13:59 23.06.2019

Binəli Yıldırım səs verdi, İstanbul əhalisindən halallıq istədi

İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi uğrunda mübarizə aparan Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım səs verib.

Qaynarinfo xəbər verir ki, həyat yoldaşı Semiha Yıldırım ilə Tuzlaya səs vermək üçün gələn B. Yıldırım jurnalistlərin suallarını cavablandırıb:

"Səs verdik, vətəndaşlıq vəzifəsini yerinə yetirdik. İnşallah bu gün səs vermə prosesi bitəndən sonra səslər sayılacaq və istanbullular İstanbula 5 il ərzində rəhbərlik edəcək şəxsi müəyyənləşdirəcək. Şəhər xalqının seçiminə hörmət edirəm və ən doğru qərarı verəcəklərinə inanıram. 

6 maydan bəri kampaniyalar davam edir. Layihələrimizi təqdim etdik, vədlərimizdən danışdıq. Bir dəfə danışanda iki dəfə dinlədik. Bu gün söz demək sırası seçicilərindir. Seçkilər İstanbul üçün xeyirli olsun. Ola bilsin ki, kampaniya dövründə bəzi vətəndaşlarımızı incitmişik. Artıq küsülülükləri geridə qoymaq və gələcəyə köklənmək vaxtıdır. Bilərək və ya bilmədən səhv etmişiksə, halallıq istəyirəm".

Gülşən