Foto 17:29 08.06.2018

Binəqədinin yeni başçısı sakinlərlə görüşdü: tapşırıqlar verdi (FOTOLAR)

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Biləcəri qəsəbəsinin sakinləri ilə görüşüb.

Binəqədi rayon İH-dən Qaynarifo-ya verilən məlumata görə, 297 saylı tam orta məktəbin akt zalında keçirilən görüşdə rayon rəhbəri ilə yanaşı, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İH başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.