Hindistanın paytaxtı Delhidə bir ailənin 11 üzvünün meyiti tapılıb.
Qaynarinfo "Times of India"ya istinadən xəbər verir ki, Burari ərazisində yerləşən evdəki meyitlərdən 10-u gözübağlı və asılmış vəziyyətdə aşkarlanıb, 1 nəfərin cansız bədəni isə döşəmədə olub. Qurbanlardan 7-si qadın, 4-ü kişidir. Onlardan 3-ü isə yeniyetmədir.
Ailə üzvlərinin birgə intihar etdiyi ehtimallar arasındadır, lakin digər səbəblər də araşdırılır.
Ərzaq mağazasına sahib olan ailə hər səhər saat 06:00-da fəaliyyətə başlayırmış. 07:30-da mağazanın açılmadığını görən qonşular bu barədə polisə məlumat verib.
Gülşən
Şərhlər