Göyçayda 5 nəfər qidadan zəhərlənib.
Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.
Göyçay rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, Çaxırlı kənd sakinləri - 1963-cü il təvəllüdlü Sahib Məmmədov, 1969-cu il təvəllüdlü Cəmilə Məmmədova, 1989-cu il təvəllüdlü Çinarə Məmmədova, 1991-ci il təvəllüdlü Təksanə Məmmədova və 1996-cı il təvəllüdlü Zaur Məmmədov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlar ötən gün şam yeməyi zamanı zəhərləniblər. Həkimlərin səyi nəticəsində bu gün səhər xəstələrdən 4-nün vəziyyəti yaxşılaşıb və onlar həkim nəzarəti altında evdə müalicələrini davam etdirirlər.
Təksanə Məmmədova isə xəstəxanada müalicə olunur.
Onların hansı qidadan zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info
Şərhlər