Gündə dörd naringi yeyə bilərsiniz, ancaq onları ağ damarlarıyla birgə yemək lazımdır.
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinoloji Mərkəzinin bir diyetoloqu, fəlsəfə doktoru Fatimə Dzqoyeva deyib.
Terapevt-deyetoloq, tibb elmləri namizədi Yekaterina Burlyaeva kiçik kalorili olduğu üçün hər kəsin, hətta bədən quruluşuna diqqət yetirənlərin də naringi yeyə biləcəyini vurğulayıb.
Bundan əlavə, diyetoloq əlavə edib ki, naringi çox miqdarda C vitamini, B vitaminləri, A vitamini, maqnezium, fosfor, karoten, kalsium ehtiva edir – birlikdə 10-15 vitamin və mineral. Burlyaeva bu sitrus meyvələrini ağ damarlarla birlikdə yemək lazım olduğunu qeyd edib, çünki tərkibindəki lif sadə karbohidratların əmilməsinə imkan verir və bu, diabetdən əziyyət çəkənlər üçün xüsusilə faydalı ola bilər.
Ancaq mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi ilə yanaşı allergik reaksiya göstərən insanlar üçün də naringi əks-təsirlidir.
Həkimin sözlərinə görə, ən çox görülən allergiya naringi qabığındakı yağlarda olur. Burlyaeva onları acqarına yeməməyin daha yaxşı olduğunu bildirib.
Alpər
Şərhlər