Dünya 13:28 04.12.2019

Bir qrup uyğur türkü nəhəng Çin təbliğatını necə darmadağın etdi?

Amerikanın "The Washington Post" qəzeti uyğur türkü olan jurnalistlərin səyləri nəticəsində darmadağın olan Çin təbliğatı ilə bağlı material yayımlayıb.

Qaynarinfo xəbər verir ki, Azad Asiya Radiosunun müxbiri Gülçöhrə Hoca və 11 uyğur türkü olan həmkarı böyük təzyiqlərə və hədə-qorxulara rəğmən, böyük Çin təbliğatını alt-üst edib.

Çinin Kommunist Partiyasının Hocanı susdurmaq məqsədilə onun Şərqi Türküstan əyalətində yaşayan bacısını həbs etdirdiyi, ailəsini hədələdiyi, digər qohumlarına isə təzyiq göstərdiyi qeyd olunur. Lakin jurnalistin anası təhdid edilsələr də, qızları ilə qürur duyduqlarını ifadə edib.

Xəbərdə Çinin Şərqi Türküstan siyasəti "21-ci əsrin ən böyük soyqırımı" kəlməsiylə ifadə edilib.

Bəs Çin təbliğatı necə yerlə-yeksan edildi?

Kommunist Partiyası ilk vaxtlar toplama düşərgələrinin olmağını inkar edirdi. 2017-ci ildə Şərqi Türküstanla bağlı xəbərlər dərc olunanda, informasiyanın doğru, yoxsa yanlış olduğu şübhə doğururdu. Konsentrasiya düşərgələri (toplama düşərgələri), ailələrindən zorla alınan uyğur uşaqları, səfalət içində yaşayan uyğur türkləri ilə məlumatlar azı 2 mənbədən dəqiqləşdirilərək verildikdən sonra bu şübhələr getdikcə azalmağa başladı. Nəticədə Kommunist Partiyası düşərgələrin olmasını təsdiq etdi. Lakin bu düşərgələrin irqçilik, terrorla mübarizə və məşğulluq üçün yaradıldığı qeyd olunur.

Xəbərlər, peyk görüntüləri, bölgə əhalisindən alınan məlumatlar və 2019-cu ildə Çin Kommunist Partiyasının partiyadaxili yazışmalarının ifşa olunması sıyqırım, yüzlərlə məscidin dağıdılması, uyğur türkü kimliyinin silinməsi gerçəklərini gün üzünə çıxardı.

Bildirilir ki, Çin hökuməti Şərqi Türküstanın dünya ilə bağını tamamilə qoparmağa çalışır. Müxbirlərə bölgədə yaşayan əhali ilə telefonda danışmağa sadəcə 1 dəqiqə icazə verilir. 1 dəqiqə müddəti keçildikdə isə Çin rəsmiləri danışığa müdaxilə edirlər. Azad Asiya Radiosunun müdir müavini Mamatcan Cuma məsələnin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini, lakin uyğur türklərinin səsini dünyaya çatdırmaq üçün başqa variantlarının olmadığını bildirib.
 
Camal