Sənət 11:36 16.09.2021

Bir yolumuz qalıb: möhtərəm Prezidentə müraciət etmək... – Xalq artisti

Xalq artisti YUĞ teatrının aktyoru Vidadi Həsənov teatr və kino xadimlərinə çağırış edib.

Qaynarinfo xəbər verir ki, aktyor teatrların açılması üçün sənət adamlarını Prezident İlham Əliyevə müraciət etməyə səsləyib:

"Başqa çıxış yolu yoxdur. Danşdıq, yazdıq, müsahibələr verdik, müraciətlər etdik, etiraz səsimizi ucaltdıq. Əfsuslar olsun, nə eşidən oldu, nə də "hə-yox” deyən. Cavabdeh strukturların qeyri-müəyyən açıqlamalarını daha nə qədər eşitmək olar? Artıq yetər, zənnimcə, bizim yalnız bir yolumuz qalıb. Teatr və kino xadimləri olaraq dövlətimizin başçısına, möhtərəm Prezidentə müraciət etmək”.

Bahar Rüstəmli